Binance Yönləndirmə Proqramı mövcud istifadəçilərə dostlarını Binance-ə dəvət edərək mükafat qazanmaq imkanı verir. İki yönləndirmə rejimi mövcuddur: Yönləndirmə Lite və Yönləndirmə Pro. Hər bölməyə klikləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.
Qeyd: yeni istifadəçilər yalnız bir (1) yönləndirmə rejimindən istifadə edə bilərlər. Əgər yeni istifadəçi Binance hesabını Yönləndirmə Lite rejimi ilə qeydiyyatdan keçirirsə, o, Yönləndirmə Pro rejimi ilə yenidən qeydiyyatdan keçə bilməyəcək.
Yönləndirmə Lite rejimi mövcud Binance istifadəçilərinə dostlarını Binance-ə dəvət edərək mükafat qazanmaq imkanı verir. Əgər dəvət etdiyiniz dost Yönləndirmə Lite rejimi ilə Binance hesabını uğurla qeydiyyatdan keçirib 14 gün ərzində 50 USD-dən çox kriptovalyuta alışı edərsə, hər ikiniz bir dəfəlik mükafat olaraq treydinq ödəniş güzəşti vauçeri şəklində 100 USD-dək ekvivalent mükafat alacaqsınız.
Qeyd: treydinq ödəniş güzəşti vauçerinin nominal dəyəri 100 $-dək ekvivalentdir və alınacaq məbləğ faktiki vəziyyətə əsaslanır.
Yönləndirmə Lite rejimi ilə necə mükafat qazana biləcəyinizi öyrənmək üçün bu səhifədəki “Yönləndirmə Lite Rejimi üzrə Bələdçis” tabına klikləyin.
Yönləndirmə Pro rejimi (əvvəlki adı ilə “Standart Yönləndirmə” rejimi) mövcud istifadəçilərə yönləndirdikləri istifadəçilərin treydinq ödənişlərindən gəlir əldə etməyə imkan verir. Yönləndirmə Pro rejimi ilə Binance-ə uğurla yeni istifadəçi gətirən hər bir yönləndirən yönləndirilmiş istifadəçinin Binance Spot, Marja və Fyuçers əməliyyatlarında ödədiyi treydinq ödənişindən pay alacaq.
Qeyd: hər yeni istifadəçi yalnız bir yönləndirmə rejimi ilə Binance-ə gətirilə bilər. Əgər yeni istifadəçi artıq Binance hesabını Yönləndirmə Lite rejimi ilə qeydiyyatdan keçiribsə, yönləndirən şəxs bu yönləndirmədən Yönləndirmə Pro rejimi altında heç bir komissiya mükafatı ala bilməyəcək.
Yönləndirmə Pro rejimi ilə mükafat qazanmaq qaydasını və komissiya strukturlarını öyrənmək üçün bu səhifədəki “Yönləndirmə Pro Rejimi üzrə Bələdçi” tabına klikləyin.
Hüquqi bildiriş: rəqəmsal aktivlərin qiymətləri yüksək bazar riski və qiymət dəyişkənliyinə tabedir. İnvestisiyanızın dəyəri artıb-azala bilər və qoyduğunuz məbləği geri ala biləcəyinizə zəmanət verilmir. İnvestisiya qərarlarına görə məsuliyyət yalnız sizə aiddir və Binance yaranan hər hansı itkilərə görə məsuliyyət daşımır. Keçmiş göstəricilər gələcək nəticələrin etibarlı göstəricisi hesab edilə bilməz. Yalnız tanıdığınız və risklərini anladığınız məhsullara investisiya etməlisiniz. İnvestisiya təcrübənizi, maliyyə vəziyyətinizi, investisiya məqsədlərinizi və risk dözümlülüyünüzü diqqətlə qiymətləndirməli və hər hansı investisiya etməzdən əvvəl müstəqil maliyyə məsləhətçisinə müraciət etməlisiniz. Bu material maliyyə məsləhəti kimi qəbul edilməməlidir. Daha ətraflı məlumat üçün İstifadə qaydasına və Risk Xəbərdarlığına baxın.
Binance Yönləndirmə proqramının ətraflı şərtləri və qaydaları üçün bu səhifəyə baxın.
2. Yönləndirmə linkinizi və ya kodunuzu dostlarınızla paylaşın və onları Binance-ə qeydiyyat üçün dəvət edin.
3. Dəvət etdiyiniz dostunuz Binance hesabı açıb kimlik doğrulaması prosesini tamamladıqdan və qeydiyyatdan keçdikdən sonra 14 gün ərzində 50 USD-dən yuxarı kriptovalyuta alışı etdikdə, hər ikiniz maksimum 100 USD ekvivalentində treydinq ödənişi güzəşt vauçeri əldə edəcəksiniz.
Dəvət etdiyiniz istifadəçi aşağıdakı kanallar ilə alış edə bilər:
Qeyd: üçüncü tərəf ödəniş üsulu ilə depozit, başqa Binance hesabından daxili transfer və ya kriptovalyuta depoziti istifadəçinin satınalma həcminə daxil edilməyəcək.
2. Dostlarınızı dəvət edin və 100% gedişata çataraq 300 USDC-yə qədər qazanın
3. Dəvət etdiyiniz dostlarınızı Binance Spot-da aşağıdakı tapşırıqları yerinə yetirməyə təşviq edin və gedişatınızı 100%-ə yüksəldin. Hər bir tapşırıq yalnız bir dəfə gedişatınızı artırır.
Tapşırıq 1: 100 $-dan çox ümumi treydinq həcmininə nail olun
Tapşırıq 2: 500 $-dan çox ümumi treydinq həcmininə nail olun
Tapşırıq 3: 1000 $-dan çox ümumi treydinq həcmininə nail olun
4. Daha çox dostunuzu dəvət edərək, onların bu tapşırıqları tamamlaması ilə raundunuzu 100%-ə çatdıraraq USDC mükafatlarının kilidini açın.
Qeyd:
Gedişatınızı 100%-ə artırmaq üçün dəvət etdiyiniz dostlarınız mütləq onları dəvət etdiyiniz aktiv raundda tapşırıqları yerinə yetirməlidir. Əlavə olaraq, raund aktiv olduqda dostlarınız tapşırığı başa çatdırmalıdır; əks halda, gedişat artırılmayacaq.
Hər yönləndirmə raundu 5 gün davam edir. Əgər raundun sonunda 100% gedişata çatmasanız, bu raundda əldə etdiyiniz gedişat ləğv olunacaq və həmin raund üçün mükafat verilməyəcək. Siz yeni raundu başlada və yenidən cəhd edə bilərsiniz.
Hər bir yönləndirilən istifadəçi tapşırıq yerinə yetirdikdən sonra onu yönləndirən şəxsin gedişatını 0,005%-dən 10%-ə qədər artıra bilər.
Bu kampaniya çərçivəsində dəvət olunan istifadəçilər üçün eksklüziv üstünlük olaraq, hər tapşırığın yerinə yetirilməsi yönləndirilən şəxsin öz raund gedişatını artıracaq. Yeni yönləndirilən istifadəçi bu ticarət tapşırıqlarını yerinə yetirməzdən əvvəl raundu başlatdığından əmin olmalıdır.
Binance “Birlikdə Qazanc” proqramının mexanizmini, o cümlədən mükafat strukturu, tapşırıq detalları və tapşırıq müddətlərini vaxtaşırı yeniləmək hüququnu özündə saxlayır. Mükafatlar və tapşırıqlar haqqında ətraflı məlumat üçün bu səhifəyə baxın.
Mükafatların paylanması
Təqdim olunan mükafatların alınması üçün uyğun istifadəçilər Kampaniya dövründə hesab doğrulamasını (KYC) başa çatdırmalıdır.
Hər bir yönləndirmə raundu başa çatdıqdan sonra hesab doğrulamasını tamamlamış uyğun yönləndirən şəxslərə token vauçerləri 48 saat ərzində paylanacaq. İstifadəçilər [Profil] - [Mükafatlar habı] bölməsinə daxil olub token vauçerini istifadə edə biləcəklər.
Token vauçerini əldə etmək üçün etibarlılıq müddəti paylanma günündən etibarən 7 gün olaraq təyin edilir. İstifadəçilər vauçerlərini müddət bitməmiş istifadə etməlidirlər. Sonra vauçerlər qüvvədən düşəcək. Vauçeri necə istifadə edə biləcəyinizi öyrənin.
Binance istifadəçinin yönləndirmə performansına əsaslanan performans əsaslı komissiya strukturu təklif edir.
İstifadəçiyə verilən son komissiya faizi yönləndirmə performansına əsaslanacaq və rüblük olaraq avtomatik qiymətləndiriləcək.
Qeyd: 09/09/2025-ci il, 00:00 (UTC) tarixindən etibarən Binance BNB saxlanılmasına əsaslanan komissiya strukturunu dayandırmışdır. Yönləndirmə komissiyaları performans əsaslı komissiya strukturuna uyğun yaradılacaq və bu, bütün Binance istifadəçiləri üçün daha ədalətli və şəffaf model təmin edəcək.
Bütün uyğun istifadəçilər avtomatik olaraq 3 aylıq qiymətləndirmədən keçirlər və aşağıdakı meyarlara əsasən daha yüksək komissiya əldə edə bilərlər:
Spot (01/10/2025-ci il tarixindən etibarən qüvvədədir)
Səviyyə
Səviyyəli üstünlüklər
Qiymətləndirmə meyarları
Səviyyəli
Spot komissiya faizi
Spot və Marja treydinq həcmi* Qiymətləndirmə dövründə bütün Adi - VIP 2 yönləndirmələr tərəfindən yaradılan (USD)
və
Qiymətləndirmə dövründə Yeni Spot və Marja treyderlərinin sayı**
0
20%
M/D
M/D
1
30%
200 000 $
3
2
41%
2 500 000 $
10
3
50%
30 000 000 $
15
*Spot və Marja treydinq həcmi: yalnız treydinq ödənişi olan əməliyyatlar “Treydinq həcmi”nə daxil edilir.
**Yeni Spot və Marja treyderləri: qiymətləndirmə dövründə qeydiyyatdan keçən və ilk Spot/Marja ticarətini həmin eyni dövrdə tamamlayan istifadəçilərin sayı.
Fyuçers (01/08/2025-ci il tarixindən qüvvəyə minir)
Səviyyə
Səviyyəli üstünlüklər
Qiymətləndirmə meyarları
Səviyyəli
Fyuçers Komissiya Faizi
Fyuçers komissiyası üzrə vaxt məhdudiyyəti*
Fyuçers treydinq həcmi** Qiymətləndirmə dövründə bütün Adi - VIP 1 yönləndirmələr tərəfindən yaradılan (USD)
və
Qiymətləndirmə dövründə Yeni fyuçers treyderlərinin sayı***
0
10%
1 il
M/D
M/D
1
30%
Məhdudiyyətsiz
1 000 000 $
3
2
40%
Məhdudiyyətsiz
25 000 000 $
10
3
50%
Məhdudiyyətsiz
500 000 000 $
15
*Fyuçers komissiyası üzrə vaxt məhdudiyyəti: yönləndirilən şəxs Fyuçers hesabı açdıqdan sonra yönləndirən üçün komissiya yaradan müddətdir.
**Fyuçers treydinq həcmi: yalnız treydinq ödənişi olan əməliyyatlar “Treydinq həcmi”nə daxil edilir (bu yeniləmə 1 sentyabr 2025-ci il tarixində tətbiq olunacaq)
***Yeni fyuçers treyderləri: qiymətləndirmə dövründə qeydiyyatdan keçən və ilk Fyuçers ticarətini həmin eyni dövrdə tamamlayan istifadəçilərin sayı.
Qeyd:
Əgər bu qiymətləndirmə ilə 30% və daha çox fyuçers komissiya faizi əldə edilməzsə, fyuçers komissiyası üzrə vaxt məhdudiyyəti qüvvədə qalacaq.
Fyuçers və Spot ticarətində komissiyasız treydinq cütləri, həm Fyuçers, həm də Spot komissiya qiymətləndirməsində Treydinq həcminə daxil edilmir.
1. Qiymətləndirmədə kimlər iştirak edə bilər?
Aşağıdakıları istisna olmaqla bütün Binance istifadəçiləri:
alt hesablar;
Binance brokerləri;
Binance Wealth istifadəçiləri;
birgə dəvət edən istifadəçilər;
hazırda komissiya dərəcəsi 0% olanlar;
Fyuçers hesabı açmamış istifadəçilər;
heç bir yönləndirməsi olmayan və Fyuçers hesabı açan istifadəçilər;
yönləndirmə, Spot və Fyuçers məhsulları üzrə məhdudiyyətlərin olduğu regionda yaşayan istifadəçilər;
Binance Yönləndirmə Şərt və Qaydalarını pozanlar.
2. Qiymətləndirmə necə işləyir?
Qiymətləndirmənin başlama tarixi:
Mövcud uyğun istifadəçilər üçün qiymətləndirmə təqvim ayının əvvəlində başlayır və ardıcıl olaraq üç təqvim ayı davam edir.
Ayın 15-də və ya daha əvvəl uyğun olan yeni istifadəçilər cari ayın 1-dən etibarən başlayır və ardıcıl üç təqvim ayı davam edir
Nümunə: istifadəçi A 05/08/2025-ci ildə uyğun olduqda, qiymətləndirmə dövrü 01/08/2025-ci ildən 31/10/2025-ci ilədək başlayacaq.
Ayın 15-dən sonra uyğun olan yeni istifadəçilər uyğun olduqları gündən başlayır və həmin gündən etibarən növbəti 3 təqvim ayı davam edir. Nümunə: İstifadəçi B 17/09/2025-ci ildə uyğun olduqda, qiymətləndirmə dövrü 17/09/2025-ci ildən 31/12/2025-ci ilədək başlayacaq.
Qiymətləndirmə dövrü başlamazdan əvvəl uyğun istifadəçilərə dövr haqqında məlumat e-poçt vasitəsilə göndəriləcək.
Spot və Fyuçers qiymətləndirmələri ayrı-ayrılıqda aparılır və istifadəçi Fyuçers hesabı açdıqdan sonra fərqli vaxtlarda başlaya bilər.
Fyuçers komissiya qiymətləndirməsi aktiv fyuçers hesabı olan bütün istifadəçilərə açıqdır.
Ən azı bir (1) şəxs dəvət etmisinizsə və yönləndirilən şəxs fyuçers hesabı açıbsa, avtomatik qiymətləndirməyə əlavə olunacaqsınız. Bu zaman Fyuçers komissiya qiymətləndirməniz başlayacaq.
Spot komissiya qiymətləndirməsi ən azı bir (1) şəxs dəvət etmiş bütün istifadəçilər üçün əlçatandır. Bu zaman Spot komissiya qiymətləndirməniz başlayır.
25/11/2025-ci il tarixindən etibarən Fyuçers, Spot və ya Marjada ilk əməliyyatını yerinə yetirən hər bir yeni treyder məcburi risk qiymətləndirməsindən keçəcək. Əgər risk aşkar edilərsə, treyder "uyğun deyil" kimi işarələnəcək və həmin raund üçün yeni treyderlərin ümumi sayına daxil edilməyəcək.
Məsələn, üç yeni treyder dəvət etsəniz və biri "uyğun deyil" kimi müəyyən olunsa, yalnız ikisi komissiya qiymətləndirməsində nəzərə alınacaq.
Qiymətləndirmə nəticələrinin yenidən baxılmasına ehtiyac olduğunu düşünürsünüzsə, uyğun qiymətləndirmə dövründə şikayət göndərə bilərsiniz.
Yuxarıda qeyd olunan meyarlara cavab verildikdən sonra istifadəçinin komissiya dərəcəsi avtomatik olaraq növbəti gün saat 08:00-da (UTC) müvafiq səviyyəyə təkmilləşdiriləcək. Təkmilləşdirmə adətən növbəti gün tətbiq olunur və ən gec 48 saat ərzində qüvvəyə minir.
İstifadəçi növbəti qiymətləndirmələr zamanı da tələblərə cavab verdiyi müddətcə bu üstünlüklər qüvvədə qalacaq.
Aşağı salınma:
Qiymətləndirmə dövrünə 30% və ya daha yüksək komissiya dərəcəsi ilə başlayan bütün istifadəçilər üstünlükləri qorumaq üçün cari səviyyənin tələblərini saxlamalı (və ya növbəti səviyyənin tələblərinə nail olmalıdırlar).
Nümunə: istifadəçi A 2025-ci ilin mart–iyun ayları arasındakı qiymətləndirmə dövrü üçün 30% səviyyəsinə yüksəlibsə, aşağı salınmamaq üçün növbəti qiymətləndirmə dövrünün (2025-ci ilin iyul–oktyabr ayları) sonunadək tələbləri qoruyub saxlamalıdır.
Cari səviyyənin tələblərini təmin edə bilməyən istifadəçilər, mövcud treydinq həcmi və yeni treyderlərin sayı əsasında uyğun olan səviyyəyə endiriləcəklər. Səviyyənin aşağı salınması qiymətləndirmə dövrü başa çatdıqdan sonra 48 saat ərzində tətbiq ediləcək.